Manatla əmanətlərin həcmi artıb
Bizi izləyin

Banklar

Manatla əmanətlərin həcmi artıb

Azərbaycanda fiziki şəxslərin əmanətlərinin həcmi 2016-cı il aprel ayının 1-nə 7 888,9 mln. manat olub. Əmanətlərin həcmi martın 1-nə nisbətən 188,4 mln. manat və ya 2,33% azalıb.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, fiziki şəxlərin manatla əmanətlərinin həcmi aprelin 1-nə 1 511,6 mln. manat olub. Mart ayı ilə müqayisədə əmanətlər 102,5 mln. manat və ya 7,27% artıb.

Xarici valyutada fiziki şəxslərin əmanətləri aprelin 1-nə 6 377,3 mln. manat təşkil edib. Bu da martın 1-nə olan göstəricidən 291,1 mln. manat və ya 4,36% azdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm