Dollar 1.50-dən aşağı düşdü
Bizi izləyin

Banklar

Dollar 1.50-dən aşağı düşdü

Bu gün Mərkəzi Bankın təşkil etdiyi hərracda dolların satış qiyməti 1.4986 manat olub.

Bu barədə “Marja”ya bank sektorundan bildirilib. Mərkəzi Bank 19 may üçün USD/AZN rəsmi məzənnəsini 17:00 radələrində açıqlayacaq. Adətən Mərkəzi Bankın açıqladığı məzənnə hərracdakı qiymət ətrafında olur.

Əgər sabaha olan USD/AZN məzənnəsi 1.4986 səviyyəsində elan olunarsa, bu dolların manat qarşısında ucuzlaşması deməkdir (Bu gün USD/AZN 1.5017). Qeyd edək ki, ikinci devalivasiyadan sonra dollar 1.50-dən aşağı düşməyib.

Qeyd edək ki, bu gün Dövlət Neft Fondunun hərraca çıxardığı vəsaitin böyük bir hissəsi Mərkəzi Bank və kommersiya bankları tərəfindən alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm