Banklar
Azərbaycanda "İslam bank"ı yaradıldı
Yaxın günlərdə fəaliyyətini bərpa etməyə hazırlaşan "Kövsərbank" əhalidən əmanətləri yeni üsulla qəbul etmək fikrindədir. Bu barədə fins.az-a bankın idarə heyətinin sədri Heydər İbrahimov bildirib. Onun sözlərinə görə, "Kövsərbank" islam bankçılığı qaydaları ilə fəaliyyət göstərmək niyyətindədir:
"İslami qaydalarına əsasən faiz haram sayıldığına görə, əhalidən əmanətləri adi qaydada qəbul etməyəcəyik. Adamlar banka əmanəti investisiya kimi yatıracaqlar".
H.İbrahimovun sözlərinə görə, banka əmanət qoymaq istəyənlər onu ya bankın maliyyələşdirdiyi layihələrə investisiya kimi yatıracaqlar, ya da pul yatırmaqla bankın səhmdarı olacaqlar.
Qeyd edək ki, "Kövsərbank"ın bank lisenziyası bir qədər əvvəl bərpa edilib. 2010-cu ildə bankın lisenziyası ümumi kapitala minimum tələblərin yerinə yetirilməməsinə, bank qanunvericiliyində yol verilən pozuntulara, həmçinin etibarlı və prudensial qaydada idarəetmənin və cari fəaliyyətin həyata keçməməsinə görə ləğv edilmişdi. Amma 2013-cü ilin aprelində bank səhmdarının müraciəti əsasında Bakı Apellyasiya Məhkəməsi 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin "Kövsər Bank" ASC-nin müflisləşməsi haqqında qətnaməsinin ləğv edilməsinə dair qərar çıxarıb. Bununla əlaqədar olaraq Azərbaycan Mərkəzi Bankı (AMB) "Kövsər Bank"ın lisenziyasını aprelin 9-da bərpa etməli olub. /fins.az/
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO