Bilgi.az
Diqqət! Banan alarkən ehtiyatlı olun
Böyük Britaniyada çox qorxunc bir hadisə baş verib. Evə bir salxım banan alan ailə tədricən salxımdan çıxan ölümcül hörümçəklərlə qarşılaşıb və nəticədə ailə evi tərk etməli olub.
İki uşaq atası olan Cemi Roberts deyir ki, banan salxımını kasaya qoyarkən üzərində ağ ləkələrə rast gəlib, lakin hörümçəklər meyvədən çıxıb ətrafa yayılmağa başlayana qədər bunun kif olduğunu zənn edib.
Hörümçəkdən qorxusu olan Roberts dərhal heyvan nəzarət xidmətinə zəng edib və ona təcili olaraq evi tərk etmək məsləhət görülüb.
Hörümçəklərin məhv edilməsi üçün evə buraxılmış toksik tüstüdən sonra Robertslər ailəsi evinə 3 gün müddətində qayıda bilməyib.
Evdən səkkiz ayaqlı varlıqlar tapılmasa da Roberts əmin edir ki, bu həşəratlar Braziliyadan gəlib və dünyanın ən təhlükəli hörümçəklərindən biridir.
“Banan hörümçəyi” kimi tanınan bu məxluqların sancması nəticəsində insanda əzələlərin nəzarətdən çıxması, nəfəsalma çətinlikləri, iflic və boğulma kimi hallar müşahidə olunur.
Cemi bu hadisəni qorxulu film kimi xatırlayaraq deyir ki, banan üzərindəki ağ ləkələri təmizləyərkən hörümçəklər hərəkətə keçməyə başlayıb.
Həyat yoldaşı bananları sellofana qoyaraq zibil yeşiyinə atıb.
Camalə
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA