Xilasedicilər toxunmasın deyə qızının ölməsinə razı oldu
Bizi izləyin

Bilgi.az

Xilasedicilər toxunmasın deyə qızının ölməsinə razı oldu

Birləşmiş Ərəb Əmirliklərində bir immiqrantın çimərlikdə etdiyi izləyənləri dəhşətə gətirib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ata xilasedicilərə boğulan qızını xilas etməyə icazə verməyib.

Dubay Axtarış-Xilasetmə Mərkəzinin səlahiyyətlisi Əhməd Burqibah qan donduran hadisə barədə bunları söyləyib: "Bir immiqrant sahildə həyat yoldaşı və uşaqları ilə birlikdə istirahət edirdi. Suya girən 20 yaşlı qızı boğulanda iki xilasedici onun köməyinə qaçır. Bu vaxt qızın atası başqalarına qızına toxunmasına icazə verməyəcəyini söyləyib və xilaedicilərə maneə olub. Ata başqalarının qızına toxunmasına icazə verməkdənsə, onun ölümünə razı olduğunu söyləyib".

Əhməd Burqibah uzunmüddətli mübahisədən sonra xilasedicililərin dənizə girərək qızı sudan çıxardığını, lakin qızın artıq öldüyünü deyib.

Dubay polisi Cənubi Asiya ölkələrindən birinin vətəndaşı olduğu deyilən şəxsi həbs edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm