Medalyonun o biri üzü: sosial şəbəkələrdə gördüyünüz hər fotoya inanmayın!
Bizi izləyin

Bilgi.az

Medalyonun o biri üzü: sosial şəbəkələrdə gördüyünüz hər fotoya inanmayın!

Son bir neçə ildə sosial şəbəkələr həyatımızı tamamilə dəyişib. Vəziyyət elə bir həddə çatıb ki, gün ərzində yediyimiz, içdiyimiz hər şeyi, getdiyimiz yerləri təqibçilərimizlə paylaşmasaq, özümüzü narahat hiss edirik. Ancaq mütəxəssislər sosial şəbəkələrdə, xüsusilə də, instaqramda gördüyümüz hər fotoya inanmamağı tövsiyə edirlər. Çünki fotolarla insanları yanıltmaq çox asandır.

Bu fikri əsas götürən taylandlı fotoqraf Şompu Bariton medalyonun digər üzünü göstərmək qərarına gəlib. Bunun üçün xüsusi fotosessiya edən Ş.Bariton müxtəlif effektlərin, işığın gücündən yararlanaraq ideal hala gətirdiyimiz və instaqramda paylaşdığımız şəkillərin arxa planında hansı şəraitin ola biləcəyini göstərib.

Fikrimizcə, 300 manat maaş alan insanların 1000 manatlıq telefondan istifadə etdiyi ölkəmizdə bu fotolar əsl karikatura effekti verəcək.

Taylandlı fotoqrafın hər kəsi heyrətə salan ironiyalı fotosessiyasını təqdim edirik:

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm