Bilgi.az
Zəki Mürenin Azərbaycanla bağlı 50 illik VİDEOSU
Azərbaycan xalq mahnıları ictimai-siyasi və mədəni proseslərdən çıxaraq həm öz mədəniyyətimizin, həm də qonşu xalqların musiqisinin zənginləşməsində müstəsna rol oynayıb.
Ötən əsrdə bütün sovet məkanında yayılan xalq mahnıları eyni zamanda, sərhədlərdən kənarda da sevilərək dinlənirdi. Belə klassik şedevrlərdən biri də Arif Babayev, Alim Qasımov, Mənsum İbrahimov kimi böyük sənətkarların ifasında daha da ölümsüzləşən "Yana-yana kül oldum" xalq mahnısıdır. Çağdaş dövrdə də sevilən bu sənət əsəri türk musiqisinin ən böyük simalarından hesab olunan Zəki Mürenin səsində başqa bir rəngarənglik qazanıb.
1962-ci ildə çəkilən "Həyat bəzən şirindir" adlı filmdə Zəki Mürenin ifasında səslənən "Yana-yana kül oldum" xalq mahnısına türk musiqisində, bir növ, heykəl qoyulub. İllər keçməsinə baxmayaraq, hələ də maraqla dinlənən mahnı müxtəlif dövrlərdə türk sənətçilərin repertuarında yer alıb və almaqda davam edir.
Bu cür klassik mahnılar bütün dövrlərdə yenidir, canlıdır və zaman-məkan anlayışından asılı olmayaraq, bizi keçmişə aparır. "Yana-yana kül oldum" mahnısını Azərbaycanın musiqi nəhəngləri ilə yanaşı, türk sənətçilər də səsləndiriblər. Bu mahnının kimin ifasında daha möhtəşəm, daha dolğun alınması haqda qərarı oxucuların ixtiyarına veririk.
Axar.az dünya şöhrətli xanəndə, xalq artisti Alim Qasımov və klassik türk musiqisinin ən böyük simalarından Zəki Mürenin ifasında "Yana-yana kül oldum" xalq mahnısını təqdim edir.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO