Kiyevdə gey-parad keçirəcək
Bizi izləyin

Bilgi.az

Kiyevdə gey-parad keçirəcək

İyulun 5-də Kiyevdə geylərin paradı keçiriləcək.

Publika .az Seqodnya.ua saytına istinadən bildirir ki, parad saat 10.00-da başlayacaq. Hələlik, təhlükəsizlik məsələlərinə görə geylərin və lesbiyanların hansı meydanda nümayiş keçirəcəkləri bəlli deyil.

Bu məsələ ətrafında tədbirin təşkilatçıları ilə şəhər administrasiyası və polis arasında müzakirələr gedir.

Nümayişdə 150 nəfərin iştirakı gözlənilir.

Lakin artıq indidən Radada təmsil olunan millətçi partiyaların nümayəndələri Kiyev meri V.Kliçkodan nümayişə icazə verməməyi tələb edirlər. Onların sözlərinə görə, ölkə müharibə vəziyyətindədir, cəbhədən tələfatlarla bağlı xəbərlər gəldiyi bir vaxta gey-paradın keçirilməsi yolverlməzdir.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm