Nadir arvadına konsert verəcək
Bizi izləyin

Bilgi.az

Nadir arvadına konsert verəcək

Nadir Qafarzadə Yaşıl Teatrda verəcəyi “Həyatımsan ömrüm qədər” adlı konsertindən öncəsi mətbuat konfransı keçirib və yeni klipini təqdim edib.

Publika.az-ın məlumatına görə, iyunun 6-da keçiriləcək konsertlə bağlı jurnalistlərin suallarını cavablandıran ifaçı bolluca sürprizlər vəd edib. Xatırladıb ki, konsert yalnız həyat yoldaşı üçün nəzərdə tutulsa da, Yaşıl Teatrın qapıları media mənsublarının da üzünə açıq olacaq.

Nadir Gürcüstanda çəkdirdiyi “Göndər” klipinin kadrarxası görüntülərindən çarxı da KİV nümayəndələri üçün təqdim edib. Daha sonda isə klip nümayiş olunub.

Qeyd edək ki, “Ozan MW Production” tərəfindən ərsəyə gələn klip Tiflisdə lentə alınıb. Qeyd edək ki, klipin rejissoru Elnur Əliyevdir. Klipdə N.Qafarzadənin tərəf müqabili 2012-ci ildə “Gürcüstan gözəli” seçilən Tamar Shedania olub. Operator Givi Maqaradze, prodüserləri Altay Yaşar, Ruslan Əliyevdir. Layihənin meneceri Rövşən Əskərovdur.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm