Prezidentlə xanımından romantik FOTO
Bizi izləyin

Bilgi.az

Prezidentlə xanımından romantik FOTO

Türkiyənin 11-ci prezidenti Abdullah Gülün bəzisini heç özünün də görmədiyi yeni fotoları yayılıb.

Şəkillər İstanbulda açılışı olan, Abdullah Gülün prezidentliyi dövründə çəkilmiş şəkillərdən ibarət sərgidə nümayiş olunur.

Sərginin açılışını həyata keçirən Abdullah Gül jurnalistlərə verdiyi açıqlamada, sərgidəki fotoların 7 illik prezidentliyi dövründə prezident administrasiyasının fotoqrafları tərəfindən çəkilmiş minlərlə şəkilin arasından seçildiyini deyib.

Sərgidən razı qalan Gül, bunu 7 ilin icmalı kimi qiymətləndirib.

Qeyd edək ki, sərgidə administrasiyanın fotoqrafları Ayhan Fırat, Murat Çetinmühürdar, Mustafa Öztartan, İrfan Yıldız və Mehmet Demirçinin çəkdiyi 1 milyon şəklin arasından seçilmiş 50 foto nümayiş olunur.

Sərgi iyulun 11-ə qədər ziyarətçilərin üzünə açıq olacaq. (anspress)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm