Kuçu ləqəbli qanuni oğru Kiyevdə saxlanıldı
Bizi izləyin

Bilgi.az

Kuçu ləqəbli qanuni oğru Kiyevdə saxlanıldı

Kiyevdə gürcü qanuni oğru, 41 yaşlı Georgiy Lobjanidze həbs edilib.

Publika.az “Praym Kraym” agentliyinə istinadən məlumat verir ki, Kuçu ləqəbli Lobjanidze Ukrayna ərazisində ən nüfuzlu qanuni oğrulardan sayılır.

Xəbər verilir ki, “Kuçu” oğru tacını 2004-cü ildə Gürcüstan həbsxanasında cəza çəkərkən alıb. 2010-cu ildə həbsdən azad edilən Lobjanidze Ukraynaya köçüb. Donetskdə rustavili qanuni oğru Georgi Xmelidze və Donbasda məskunlaşan Nodar Asoyanla yaxınlaşıb.

Ukraynanın şərqində hərbi əməliyyatlar başlayanda Kuçu və Nodar Krıma, Xmelidze isə Kiyevə qaçmışdı.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm