Məşhur model uşaqlarını məktəbə buraxmır
Bizi izləyin

Bilgi.az

Məşhur model uşaqlarını məktəbə buraxmır

Məşhur model Sindi Krouford uşaqlarına məktəbə getməyi qadağan edib. Xarici mətbuatın yazdığına görə, Sindi bunu övladlarının təhlükəsizliyi üçün edir. İş ondadır ki, modelin uşaqlarının oxumalı olduğu məktəbin pəncərələrində zərərli kimyəvi maddələr var.

Məktəb Malibuda yerləşir və 1976-cı ildə tikilib. Həmin vaxt məktəb pəncərə çərçivələrinə 1979-cu ildə istehsalı dayandırılmış zərərli polixlor bifenol kimyəvi maddəsi qatılıb. Bu maddə immun sistemini məhv etməklə uşaqlarda beyinin inkişafına əks-təsir edir və xərçəng yarada bilər.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm