Bilgi.az
Bu şəhərin sakinləri yalnız qadınlardır – FOTO
Yalnız qadınlar tərəfindən məskunlaşmış Braziliyanın Noiva du Kordeyru şəhərinin sakinləri, Yer kürəsində yaşayan kişilərə onlarla daimi yaşamaq üçün müraciət edib.
Şəhərdə yaşı 25-35 olan 600 qadın yaşayır. Onlar romantik münasibət qurmaq və nikaha daxil olmaq istəyirlər. Onlar ərə getmək haqda istəklərini mətbuat və "Facebook" sosial şəbəkəsi vasitəsi ilə bildiriblər.
Noiva du Kordeyru sakinləri yalnız subay kişilərlə maraqlanır. Bu şəhərin sakinləri arasında matriarxat sistemi fəaliyyət göstərdiyi üçün kişilər onların şərtləri ilə razılaşmalıdırlar. Qadınlar şəhərin təsərrüfat və kommunal işlərini görməyə alışıblar.
Noiva du Kordeyru şəhərinin sakinlərinin bir hissəsi evlidir və uşaqları da var. Lakin onların ərləri və oğulları ayrı şəhərdə yaşayır. Bu səbəbə görə də, Noiva du Kordeyru şəhərinə bazar günlərində yalnız bir neçə kişi buraxılır.
Noiva du Kordeyru şəhərinin qadınlarının mətbuata verdiyi məlumata görə, onlar artıq neçə illərdir ki, kişi ilə öpüşməyiblər də. Qadınlar sevmək və ərə getmək arzusunda olduğunu deyiblər.
Qızların çağırışına artıq dünyanın müxtəlif yerlərindən səs verən tapılıb. Ən çox Braziliya, Hindistan, ABŞ, Misir, BƏƏ, Çin, Puerto-Rikodan olan subay kişilər bu qadınlarla ailə qurmağa hazır olduğunu deyiblər.
Noiva du Kordeyru (Noiva do Cordeiro portuqal dilindən tərcümədə "Kordeyru gəlini" deməkdir) 1891-ci ildə Mariya Senyorina de Lima tərəfindən qoyulub. Qadının ərinə etdiyi xəyanətin üstü açılıb və o, ailəsini tərk etməli olub. Lima qadınlardan ibarət məskən qurub. O, hətta katolik kilsədən də qovulub. Keşişlər onun nəslini mürtəd elan ediblər.
Nura
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO