Bilgi.az
Kosmosda nə qədər zibil var?
ABŞ Müdafiə Nazirliyi orbitdəki peykləri təhdid edən 'kosmos tullantısı' təqib etmək üçün 915 milyon dollarlıq layihə hazırlayır.
Publika.az-ın məlumatına görə, "Kosmos hasarı" adlı layihə orbitdə saatda 28 min kilometr sürətlə hərəkət edən kosmos tullantısını izləyəcək.
Belə ki, insanoğlunun 60 ildən artıqdır davam edən kosmos macərası nəticəsində orbitə daşıdığı və ya çıxardığı zibil miqdarı 6 min 500 tona çatıb.
Amma yerin cazibə qanununa uyğun olaraq kosmos boşluğuna gedə bilmədiklərindən, dünyadan təxminən min kilometr yüksəklikdə öz "zibillik orbitlərində" dünyayla birlikdə fırlanır. Ölçüləri bir neçə millimetrdən başlayıb 10-15 santimetrə qədər çata bilən "kosmos zibilləri" saatda 28 min kilometr sürətlə hərəkət edir. Bü cür hərəkət etməklə onlar orbitdəki peykləri təhdid edir. Dünya ətrafında cəmi 1000 peyk fırlanır. Bunlardan təxminən 250-i xəbərləşmə, televiziya və ya naviqasiya kimi istifadə edilir. Digərləri isə hərbi məqsədlə fəaliyyət göstərir.
Aparılan hesablamalara görə, orbitdəki bütün peyklərin xərci 150 milyard dollardır. Onlardan hər hansı birinin və ya bir neçəsinin kosmos zibilləri tərəfindən yararsız hala salınması bir anda iqtisadiyyata yüzlərlə milyard dollardan çox zərər vura bilər. Bu məqsədlə ABŞ, Müdafiə Nazirliyinin layihəsi ilə "kosmos zibilləri"nin tam yeri və uçuş koordinatlarını hesablamaq üçün yeni bir izləmə mərkəzi qurmağı planlaşdırır. Bu sistemin köməyi ilə təxminən 200 min "kosmos zibili"nin yeri və orbitini izləyəcək.
Gülxar
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf