İnsultdan qorunmağın ən asan yolu
Bizi izləyin

Bilgi.az

İnsultdan qorunmağın ən asan yolu

Meyvə ürək tutması və insultun ən yaxşı dərmanıdır.

Publika.az xəbər verir ki, Oksford Universitetinin tədqiqatçıları apardıqları araşdırmalar nəticəsində bu qənaətə gəliblər. Məlum olub ki, meyvə ilə qidalanma ürək tutması və insult riskini 40%-dək azaldır. Bir şərtlə ki, bu, hər gün təkrarlansın.

Tədqiqatçılar bunu yarım milyona yaxın könüllü üzərində sınaqdan keçiriblər. Məlum olub ki, gündəlik qidasında az da olsa meyvədən istifadə edənlər heç istifadə etməyənlərlə müqayisədə 15% az ürək-damar xəstəliklərinə yoluxurlar. Həmçinin meyvə ilə qidalananlarda sistolik və diastolic qan təzyiqi 3,4 və 4,1 mm azalması müşahidə olunub.

Təcrübə iştirakçıları gün ərzində 1,5 pors meyvə yeyiblər. Bura təzə meyvələrlə yanaşı konservlər və meyvə şirələri də daxil edilib.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm