Uşağını öz evində arvadından 4 il gizli saxladı
Bizi izləyin

Bilgi.az

Uşağını öz evində arvadından 4 il gizli saxladı

ABŞ-ın Corciya ştatında ana 4 il əvvəl itirdiyi oğlunu öz evində tapıb. Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, araşdırmalar zamanı 13 yaşlı uşağın evdə atası tərəfindən gizlədildiyi məlum olub.

Belə ki, daxil olan zəng əsasında evdə axtarışlara başlayan polis heç bir iz aşkar etməyib. Daha sonra oğlanın anası polisə müraciət edərək, uşağın onunla əlaqə saxladığını və hələ də sağ olduğunu bildirdiyini deyib. Axtarışları davam edən təhlükəsizlik işçiləri evin şkafında gizli tunel aşkar ediblər. Dindirilmə zamanı ata günahını boynuna alıb.

Məlum olub ki, hələ 2010-cu ildən itkin düşən uşaqla bağlı ana yerli qanunları bilmədiyindən polisə deyil, miqrasiya idarəsinə müraciət edib. Haızrda atanın bu addımı ilə bağlı istintaqın başlandığı qeyd edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm