• USD 1,7010 0,00% EUR 1,9984 +0,93%
    • GBP 2,2356 +0,97% RUB 0,0286 +0,70%

Aristokrat kişiləri ələ keçirən qadın – FOTOLAR

  • Bilgi.az
  • 1 Dekabr 2014 15:13
  • 1 412 Baxış
Aristokrat kişiləri ələ keçirən qadın  – FOTOLAR

Son zamanlar Böyük Britaniya şahzadəsi Uilyamın baldızı ölkənin gündəmindən düşmür.

Pippa Middelton bacısı və Kembric hersoginyası Keytdən də məşhur olmağa başlayıb. Jurnallardan biri Pippanın adını hətta dünyanın ən nüfuzlu qadınları siyahısına da salıb. Şahzadə Keytin kiçik bacısının şəxsi həyatına gəldikdə isə burada heç nə qaydasında getmir.

Pippa şahzadə Uilyam və bacısı Keyt Middltonun toy məclisindən sonra məşhurlaşıb. Gəlinin rəfiqəsi qismində çıxış edən Pippa toyda sanki təzə gəlinə bənzəyib. Daha dəqiq desək, Pippa toyda Keyt qədər diqqəti özündə cəmləyə bilib. İlk öncə onu deyək ki, toyda o, özünü Uilyamın kiçik qardaşı Harriyə açıq-aşkar şəkildə bəyəndirməyə çalışıb. Əlbəttə, də bu, jurnalistlərin gözündən yayınmayıb. Onlar artıq belə bir sual üzərində düşünməyə başlayıblar: yaxın zamanlarda daha bir toy gözlənilirmi? Sonrakı hadisələr Pippa və Harri arasında hər hansı bir sevgi münasibətlərinin yarandığından xəbər vermədi. Lakin onların günü bu günədək gizlin şəkildə tet-a-tet görüşməsi haqda yayılan şayiələr səngimək bilmir...

Pippaya ikinci məşhurluğu qızın cəzbedici bədən forması gətirdi. Belə deyək ki, onun toy zamanı geyindiyi paltar kürəkdən aşağı açıq olub və qadının qüsursuz bədənini qabarıq göstərib. Bundan sonra Pippaya oxşamaq üçün oxşamaq üçün minlərlə qadın omba və kürək nahiyəsində plastik cərrahlara müraciət edib. Hətta sosial şəbəkədə onun "qiymətli bədən quruluşunun" pərəstişkarları bir araya gəliblər. Pərəstişkarların sayı nə az, nə çox, düz 92 min sosial istifadəçisi idi. Fan-klubun üzvləri öz aralarında zarafatlaşaraq, onun üçün yeni bir titul da "kəşf" ediblər: əgər onun bacısı Keyt kraliça tituluna layiqdirsə, o zaman Pippa ehtiraslı titulina layiqdir.

Keyt və Pippa bacılarının mükəmməl genləri var. Middltonların anası 25 yaşlı qadına oxşayır. Pippa üçün belə bir mükəmməlliyə layiq olmaq üçün, əlbəttə ki, təkcə genetik amil böyük rol oynamır. Pippa daim öz qidası və bədən formasının qeydinə alır. Onun sevimli yeməyi "çörəksiz sendviç", başqa cür desək, pəhriz salatıdır. Bundan əlavə, Pippa ciddi şəkildə pilates idman hərəkətləri ilə məşğul olur. Bu, hələ hamısı deyil: Pippa tennisi, xizəkçiliyi və qaçışı da gündəlik rejiminə daxil edib. O, bütün bunları yalnız gözəllik naminə etmir. Pippa yarışlara qatılmaqdan da boyun qaçırmır. Məsələn, 2012-ci il İsveç xizəksürmə marafonlarını götürək. O, sərt hava şəraitində 90 kilometr yolu 7 saat 13 dəqiqəyə qət etdi. Bu isə qeyri-peşəkar idmançı üçün mükəmməl nəticə idi. Pippa 2011-ci ildə Oksfordşirdə keçirilən qaçış yarışında (bu dəfə xizəksiz) final xəttinə birinci çatdı.

Pippa hələ uşaqlıqdan birinci dərəcəli idmançı olub. Bunu onun təhsil aldığı məktəb və kollec yoldaşları da bildirib. Əlbəttə, Pippanın bacısı Keyt də idmandan uzaq insan olmayıb. O, tennis və üzgüçülüklə məşğul olub. Lakin kiçik bacı Pippa daha müstəqil və döyüşkən qız kimi yetişib. O, Keytdən fərqli olaraq məktəb xuliqanlarına "dərs verib" və incidilməsinə icazə verməyib. Pippa, demək olar, hər şeyin öhdəsindən gəlib: qızcığaz yüngül atletikadan netbola kimi (basketbolun bir növü) bir çox idman növləri ilə məşğul olub. Gənc netbolçuların komandasında Pippa kapitan olub. "İstənilən hər bir məktəb Middltonlar ailəsinin kiçik qızını öz komandasına əlavə etmək istəyirdi. Onun komandada iştirakı qalib gəlmək üçün zəmanət verirdi", - Pippanın sinif yoldaşlarından biri deyib.

Məktəb vaxtı Pippanın incə bədən forması və zərifliyi yalnız hokkeydə qalib gəlməsinə maneə yaradıb. Hokkeyin öhdəsindən gəlmək üçün Pippaya idman müəllimi kömək edib. "Ah, cənab Merkam! Bizim əvəzedilməz və yaraşıqlı məşqçimiz", - Pippa nostalji hisslərlə xatırlayır. Əlbəttə, onun sevgisi platonik idi. Pippa məşqçisinın diqqətini çəkmək üçün dəridən qabıqdan çıxardı. Məktəbdə tarix müəllimi kimi çalışan Riçard Merkam isə Pippanın ilk məhəbbəti idi.

Keyt və Pippa bacılarını məktəb yoldaşları qlisiniya çiçəyinə bənzədərdilər. Onlar qlisiniya çiçəyi kimi incə, gözəl idilər, eyni zamanda da zirvəyə qalxmaq üçün səy edirdilər. Ataları hava dispetçeri, anası isə bort bələdçisi idi. Valideynlər internetdə satdığı mallardan qazandığı pulları bacıların elit məktəbdə təhsil almasına xərclərdilər. Middlton ailəsi daha da zirvələrə qalxmağı, zadəgan tituluna layiq görülməyi arzulayırdı.

Pippa hersoq arvadı olmaq üçün şansı əldə edəcəkdi. O zaman Middltonlar ailəsində iki hersoginya olacaqdı. Lakin...

Nortumberlend hersoqunun oğlu Corc Persi heç də şahzadə Uilyamsdan az arzuolunan adaxlı deyildi. Corc da Uilyam kimi əsl-nəcabətli insandır, lakin indiyədək kral ailəsinin titullarına layiq görülməyib. Onun ailəsi Britaniyanın ən zənginlərindən hesab olunur.

Corc və Pippa Edinburqda təhsil alarkən tanış olublar. Tələbə ikən tutduqları evdə birgə yaşayıblar. Onların arasında dostluqdan da ziyadə hisslərin olduğu haqda söz-söhbətlər gəzirdi. Pippa 3 il müddətində görüşdüyü sevgilisini məhz bu söz-söhbətlərə görə itirdi...

Pippa atılmağa və tənha qalmağa nifrət edir. O, sevgili olmazdan öncə oğlan namizədləri haqda axtarış aparar, sonra isə ciddi münasibətlərə daxil olardı. Onun həmişə ehtiyat üçün "B planı" vardı. 2008-ci ildə Pippa şotlandiyalı aristokrat Mor Nesbittlə görüşməyə başladı. Bu zaman Pippa "bir əldə iki qarpız tutmaq" prinsipinə uyğun şəkildə başqa bir namizədin "kastinqini" keçirirdi. Qızın budəfəki seçimi şahzadə Uilyamsın dostu Qay Pelli idi. Lakin Nesbitt "ikinci mərhələni" keçə bilmədi. Çünki Pippanın qarşısına brilyant imperiyasının varisi Saymon Yanqmen çıxdı. Yanqmen qıza daha perspektivli görünürdü. Amma Yanqmenlə münasibətlər uzun müddət davam etmədi. Pippa bu dəfə Uinston Çerçilin və Marlboro hersoqunun qohumunu "gözaltı etdi". Bəlkə də, hər şey yaxşı ola bilərdi, lakin qəfildən Middltonun taleyində dönüş oldu: qız bu dəfə özü sevgi toruna düşdü.

Gecə əyləncələrinin birində Pippa hündürboylu, alagöz idmançı Aleks Laudonla tanış oldu. Bu ilk baxışdan sevgi idi. Ona görən Pippa imkanlı kişilərin ovu ilə bağlı bütün planlarını unutdu. Düzdür, Aleks imkansız deyildi, amma Pippanın əvvəlki namizədləri qədər milyoner də deyildi. Lakin bu, Pippanı heç də narahat etmirdi. Onlar il yarım görüşdülər və hamı Pippa və Aleksin toy xəbərini gözləyirdi. Pippa onu hətta bacısının da toy mərasiminə dəvət etmişdi. Qadın onun yanında daha sakit və xoşbəxt görünürdü. Aleks dostunun məsləhəti ilə gizlin şəkildə nişan üzüyü də almışdı, lakin... Hər şey elə toydaca korlandı. Pippanın şahzadə Harriyə nazlanması Aleksi çaşqınlıq içində qoydu. Pippa isə sanki Aleksi hər şeydə "borclu" çıxartmağa çalışırdı. Ərköyün qız öz şıltaq və məzəli hesab etdiyi vərdişlərindən də geri qalmırdı. Aleksin dəvət olunmadığı əyləncə gecələrinin birində, Pippa şənliyin sonunda paltarda deyildi, o, tualet kağızına bürünmüşdü. Bu haqda xəbəri dost-tanışdan öyrənən Aleksin səbir kasası daşdı. O, özünü ələ alaraq düşündüklərini Pippanın düz üzünə dedi. Dedi ki, qız özünü çox ağılsız və yöndəmsiz aparır. Pippa onunla barışmağa cəhd etdi. Lakin Aleks Pippanın daim mətbuatın gündəmində olmasından, onun çıxardığı oyunlarından və seks simvola çevrilməsimdən cana doymuşdu.

Pippa keçmiş sevgilisi Corc Persi ilə barışaraq sevgi macərasının ikinci dönəmini yaşamağa başladı. Bu dəfə hər şey Pippanın istədiyi kimi gedirdi: səyahətlər, ən yaxşı restoranlar, Nortumberlendlərin qalası...

Hamı Pippanın bu dəfə hersoginya olacağına əmin idi. Lakin bu dəfə də o, titula layiq görülmədi.

Yarım ildən sonra hər şey Pippaya darıxdırıcı gəlməyə başladı. Özünə əyləncə tapmaq üçün o, Parisə gedib gecə şənliyində iştirak etməyə qərar verdi. Hər şey yaxşı gedirdi: striptiz rəqqasələri, çılpaq kişilər...

Günün sonunda Pippa avtomobilə əyləşdi. Paparazzinin onu izlədiyini görərək çantasından tapança çıxardıb ona tuşladı. Ciddi insident yaratdı. O, Fransa qanunlarına görə, odlu silahla hədələməyə görə 7 il müddətində azadlıqdan məhrum edilə bilərdi. Xoşbəxtlikdən silahın oyuncaq olması aşkar edildi. Paris tətili Pippaya baha başa gəldi. Çünki insidentə Böyük Britaniyanın kral ailəsi də qarışmalı oldu və qız vətənində məşhurluğunu itirirdi. Persi isə ona nəinki evlilik təklifi etmədi, o, hətta qızdan uzaq gəzməyə başladı. Tezliklə, Pippa yenidən kişi ovuna çıxdı.

Kim deyə bilərdi ki, Pippa Böyük Britaniyada ingilis dilini öyrənməyə gələn avstriyalı tacir oğlunu sevəcək? Pippa mavi gözlü avstriyalı Nik Ceksona ilk baxışdan aşiq oldu. Pippanın rəfiqələri qızın heç zaman kimisə belə sevmədiyini deyirlər. Onlar ictimai yerdə öpüşməkdən belə çəkinmirlər. Lakin bununla belə, Nikin Pippaya evlilik təklifi barədə yayılan xəbər özünü doğrultmadı. Son zamanlar Pippa və Nik çox az hallarda bir yerdə görünürlər. İndi isə qız bayramların necə təşkil olunması haqda kitab yazmağa çalışır.

Kim bilir, bəlkə də, Pippa həyatında münasibətlərə ara vermək niyyətinə düşüb.

Tərcümə: Camalə

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR