Bilgi.az
Ana yeni doğulmuş körpəsini yeməyə cəhd etdi – FOTO
Çinin Quandun əyalətində həkimləri qorxuya salan bir hadisə baş verib.
Sən demə, 24 yaşlı Li Jenqua adlı qadın az öncə dünyaya gəlmiş körpəsini yeməyə cəhd edib. Yenicə dünyaya gəlmiş körpənin əlində diş və yara yerlərini görən tibb bacısı dərhal həyəcan təbili qaldırıb.
Qadının sancısı küçənin ortasında tutub. O, dərhal xəstəxanaya aparılıb və uşağını orada dünyaya gətirib. Doğuşdan sonra qadın palataya yerləşdirilib. Tibb bacısı qadının palatasına daxil olarkən qadının körpənin əlini dişlədiyini görüb.
Xəstəxana işçisi deyib: "Bu, dəhşətli mənzərə idi. Anasının dişləməsi nəticəsində körpənin əli həm zədələnib, həm də qanayıb".
Körpə gənc ananın əlindən alınıb. Qadının kimliyi tezliklə məlum olub. 24 yaşlı Li qayınanası tərəfindən evdən qovulduqdan sonra onda qeyri-adi davranışlar baş qaldırıb. Onun ailəsi Linin hamilə olması və köməyə ehtiyacı olması haqda heç kimə məlumat verməyib. Görünür, qadın hamiləliyinin son həftələrini küçələrdə keçirməli olub.
Qadının davranışının səbəbləri araşdırılır.
Nura
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq