Bilgi.az
Yeni ildə nələr etmək olmaz?
Dünyanın bir çox ölkəsində dekabr ayının 31-i Yeni il axşamı kimi qeyd olunur. Həmçinin Azərbaycan da Yeni ili qeyd edən ölkələr siyahısındadır. Həmin gün arzu tutanların da sayı az olmur. Hər kəs yeni ilə ümidlə yanaşır və qarşıdan gələn ildən nəsə gözləyir. Parapsixoloq və bioenergetiklərin bildirdiyinə görə, yeni il ərəfəsi və bayramında bir neçə məsləhətə əməl etməklə qarşıdan gələn ildə problemlərdən uzaq qaça bilərsiniz.
Yeni il ərəfəsində nələri etmək məsləhət deyil? Publika.az təqdim edir.
Yeni ilə 1 həftə qalmış yeni alınmış əşyalardan istifadə etməyin. Yeni paltar və aksessuarları Yeni il axşamı istifadə edin.
Yeni il ərəfəsində köhnə problemlərdən canınızı qurtarmaq istəyirsinizsə, düymə tikməyin. Ayaqqabını təmirə verməyin, əks halda, gələn ildə yeni ayaqqabı olmayacaq. Gələn ildə iri alış-veriş etmək üçün köhnə ilin sonlarında xırda sənaye malları almayın. Buraya, əlbəttə ki, hədiyyələr aid deyil.
Yeni ildə arzu tutarkən inkar sözlərdən istifadə etməmək lazımdır. Məsələn, "xəstələnməmək" sözünü "sağlam olmaq" sözü ilə əvəzləyin. Arzularınızı kağıza yazıb, sonra yandırın. Külünü şampanın içinə töküb zəng saatı gecə 12-ni vuranda için.
Yeni ili sırf qadın əhatəsində qeyd etməyin. Kişi olan evə qonaq gedin və ya erkək cinsli ev heyvanının başını tumarlayın... Çalışın ki, yeni il girən kimi sizi ilk olaraq kişi təbrik etsin.
Yeni il süfrəsində geriyə yeriyən heyvan əti olmasın. Buraya xərçəng, krab, omar aiddir. Əks halda, yeni ildə köhnə ilin problemləri qalacaq.
Yeni il inanclarına görə, zərər və itkilər haqda danışmaq olmaz. Yanvar ayının 1-də isə zibil atmayın. Yeni ildə ağır iş görməyin, yoxsa bütün ili də əziyyətli işdə çalışacaqsınız. Həmçinin yanvar ayının 1-də də mübahisə etməyin. İlboyu mübahisə və qalmaqal içində yaşaya bilərsiniz.
Dekabrın 31-dən yanvar ayının 19-a kimi nə borc verin, nə də ki borc alın. Yoxsa bütün ili ehtiyac içində ola bilərsiniz. Buna görə də, Yeni ili əliboş qarşılamayın. Ya cibinizə, ya da ayaqqabınızın içinə pul əskinası qoyun.
Nura
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu
-
Hadisə10 May 21:25
Kürdəxanı təcridxanasında bit yayılıb? - RƏSMİ AÇIQLAMA