Sirkdəki sirr – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Sirkdəki sirr – FOTOLAR

İtaliyanın polis əməkdaşları sərsəri sirkdə fırıldağın üstünü açıblar. Sən demə, camaata panda kimi təqdim olunan heyvan əslində çau-çau cinsli it imiş.

Publika.az xarici mətbuata istinadən məlumat verir ki, it panda kimi ağ-qara rənglərə boyadılıb. Sirk əməkdaşları iti başqa heyvan kimi təqdim edərək, onunla şəkil çəkdirən insanlardan pul alıblar. Ziyarətçilər bu barədə polisə məlumat verdikdən sonra fırıldağın üstü açılıb.

Panda kimi rənglənən itin ölkəyə saxta sənədlərə gətirildiyi də məlum olub. Sirk rəhbərliyinə qarşı cinayət işi qaldırılıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm