Şahzadə Diananın ölüm səbəbi teatrda – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Şahzadə Diananın ölüm səbəbi teatrda – FOTOLAR

Böyük Britaniya şahzadəsi Diana haqqında yeni faktlar ortaya çıxıb. Publika.az xarici mətbuata istinadən məlumat verir ki, 1997-ci ildə Parisdə yol qəzasına düşərək həlak olan şahzadə, əslində, müsəlman sevgilisindən hamilə olub.

"Həqiqət, yalan, Diana" pyesinin müəllifi Yon Konvey bildirir ki, 1997-ci il avqustun 31-də avtomobil qəzasında həlak olan Diana Misir milyarderinin oğlu Dodi əl-Fayeddən hamilə olub.

Pyes Diananı tanıyan insanların müsahibəsi və sənədləri əsasında hazırlanıb. Şahzadənin həyatı haqda açıqlama verən insanlar arasında onun sevgilisi Ceyms Hyutt və kral sarayının nümayəndəsi Pol Barrel də olub.

"Həqiqət, yalan, Diana" tamaşasının premyerası Londonun Uset End teatrında tamaşaya qoyulub. Süjetə əsasən, uydurma dramaturq Yon Konvey 31 avqust 1997-ci ildə Parisdə həlak olan Diananın ölümünü araşdırır. Tamaşada Diana obrazı göstərilmir.

Şahzadə Diananın həlak olan zaman hamilə olmasını iddia edən təkcə Yon Konvey olmayıb. Lakin bu fərziyyələr hər dəfə təkzib edilib. Dramaturqun sözlərinə görə, o, Paris xəstəxanasında işləyən həkimin rəfiqəsi ilə söhbətləşib. Həkim Diananın hamilə olduğunu və hətta embrionu öz gözləri ilə gördüyünü deyib.

"Həqiqət, yalan, Diana" tamaşası fevralın 14-dək davam edəcək. Tamaşada Diana haqqında həmçinin digər açıqlama da verilir: kral sarayından olan Ceyms Hyuittin etirafına görə, Diana 1981-ci ildə Çarlzla toyunadək gələcək ərinin Kamilla ilə sevgi romanından xəbər tutub. Buna görə də Diana toyu ləğv etmək istəyib.

Xarici mətbuatın verdiyi məlumata görə, Diana Böyük Britaniya kraliçası II Yelizavetanın əri şahzadə Filippin arvadına xəyanətindən də xəbərdarmış.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm