İtini gəzdirərkən xəzinə tapdı - Video
Bizi izləyin

Bilgi.az

İtini gəzdirərkən xəzinə tapdı - Video

İtini gəzdirərkən xəzinə tapdı - Video

ABŞ-ın Kaliforniya ştatının cənubunda yerləşən "Gold Country" bölgəsində bütün dünyanın danışdığı hadisə baş verib. Kagins adlı antik əşyalar firmasının verdiyi açıqlamaya görə, itlərini gəzdirmək üçün çölə çıxan şanslı cütlük bağçalarında gəzərkən ağacın altında, bir hissəsi çölə çıxmış dəmir qutu görürlər. Paslı qutunu evlərinə gətirib açarkən 1847-1894-cü illərə məxsus olan xeyli sayda qızıl pullar görürlər. Bundan sonra qutu tapdıqları yerə qayıdaraq oranı qazan cütlük həmin yerdən daha 7 qutu aşkar edirlər.

World Breaking News-un verdiyi xəbər görə, araşdırma apardıqdan sonra 8 qutudan çıxan min dörd yüz qızılın hamısının əsl olduğu aşkar olunub. Arasında çox az rast gəlinən, hər biri bir milyon dollar olan pulların ümumi dəyəri 10 milyon dollardır.

Xəzinə tapmış cütlük may ayında Amazon şirkəti vasitəsilə satışa çıxaracaqları pullardan əldə edəcəkləri gəlirlərlə bütün borclarını ödəməyi, qalan pulu isə xeyriyyə məqsədilə qurumlara bağışlayacaqlarını söyləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm