Magiya üçün büllur şar evi yandırdı-Fotolar
Bizi izləyin

Bilgi.az

Magiya üçün büllur şar evi yandırdı-Fotolar

Magiya üçün büllur şar evi yandırdı-Fotolar

Əfsanələrə görə gələcəyi göstərən magiya üçün nəzərdə tutulmuş büllur şar evli cütlüyə evlərində baş verən hadisədən xəbərdar edə bilmədi.

Xarici mətbuatdan aldığımız məlumata əsasən, Britaniyanın Romford şəhərində yaşayan ev sakini gecə növbəsindən evinə gələrək yatıb.

Lakin səhər saat dördün yarısı yanğın siqnalının səsindən oyanan kişi gördüklərindən heyrətə gəlib. Pərdələr və ətrafdakı digər mebellər od tutub yanırdı.

Qonşular yanğınsöndürən çağıraraq alovun digər evlərə keçməsinə imkan vermədilər. Alov tamamilə söndürüldükdən sonra yanğınsöndürən xidmətinin əməkdaşları yanğının baş vermə səbəblərini araşdırmağa başladı. Bu, pəncərə altlığına qoyulmuş magiya üçün büllur şar idi.

Axtarışlar nəticəsində məlum olub ki, pəncərənin qarşısında qoyulmuş büllur şar günəş şüalarını pərdəyə əks etdirərək bir neçə saatdan sonra yanmasına səbəb olub.

Bu hadisədən sonra Londonun yanğın xidmət mühafizəsi ev sahiblərinə pəncərənin qarşısında güzgü, şüşə butulka və ya bəzək üçün şəffaf büllur materiallı əşyaların qoyulmasını qadağan edən sərəncam verib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm