Dünyada ilk insansız fabrik inşa edilir
Bizi izləyin

Bilgi.az

Dünyada ilk insansız fabrik inşa edilir

Çinin Dongguan vilayətində dünyanın ilk insansız fabrikin inşasına başlanılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, fabrikdə bütün istehsal robotlar tərəfindən ediləcək.

"South China Daily" qəzetinin yazdığına görə, Dongguanda yerləşən 505 fabrikdə insanları robotlarla əvəzləmək üçün ötən ilin sentyabr ayından indiyə kimi 4,2 milyard yuan (690 milyon dollar) sərmayə qoyulub. Vilayətdə hazırda 30 min işçinin işini robotlar görür.

Məlumata görə, Çinin Guangdong vilayətində işçi qüvvəsinin çatışmazlığı böyük problemdir. Kompüterli robotlarla həyata keçiriləcək istehsal layihələri ilə bu problemi aradan qaldırmaq yerli hakimiyyət orqanları tərəfindən prioritet hədəf hesab olunur. Bölgədə robotlu istehsal müəssisələrinin yaradılması üçün 943 milyard yuan (154 milyard dollar) ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm