Elm və təhsil
“Fizikaya müasir baxış”
Bu gün Bakı Dövlət Universitetində “Fizikaya müasir baxış” (“Modern Trends in Physics”) adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Universitetdən Publika.az-a verilən məlumata görə, tədbirdə çıxış edən rektor Abel Məhərrəmov respublika ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı Rusiya, İtaliya, Yaponiya, Polşa, Türkiyə, Pakistan, İran, Braziliya, Gürcüstan və digər ölkələrin qabaqcıl universitetlərinin, elmi-tədqiqat institutları alimlərinin də iştirak etdiyi konfrans işini bölmə iclaslarında davam etdirəcək və maraqlı stend məruzələr təqdim ediləcəyini deyib.
Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktor müavini Aleksandır Ruzayev, Ankara Universiteti Fizika fakültəsinin dekanı, professor İman Əsgərzadə, Yaponiyanın Hirosima Universitetinin professoru Tomohiro İnagaki, Polşanın Lyublin Universitetinin professoru Miroslav Kulik, Ali Attestasiya Komitəsinin sədr əvəzi, AMEA-nın müxbir üzvü Vəli Hüseynov, Pakistanın Komsats İnstitutunun professoru Arşad Salim Bhathi də çıxış edərək konfransın işinə uğurlar arzulayıblar.
Sonra konfrans işini Nanotexnologiyalar və materialşünaslıq, Opto-nano elektronika, Nəzəri, riyazi və yüksək enerjilər fizikası, Biologi və tibbi fizika, Kondensləşmiş mühitlər fizikası, Astrofizika bölmələrində davam etdirib. İki gün davam edəcək konfransda 130-dək məruzə dinləniləcək.
Konfransın nəticələrinə görə Azərbaycan və rus dillərində olan məqalələr “Bakı Dövlət Universitetinin xəbərləri” və Bakı Mühəndislər Universitetinin elmi jurnallarında çap olunacaq. İngilis dilində olan və məzmununa görə xüsusi fərqlənən bir sıra məqalələrin Thomson Reyters agentliyinin siyahısına daxil olan indekslənən jurnallarda çap olunması da nəzərdə tutulub.
Qeyd edək ki, tədbir Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Avstriyanın STAR-NET –Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı Regional şəbəkəsi və Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə keçirilib.
-
İdman06:46Saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - FOTO/VİDEO
-
Magazin106:16Xalq artisti 40 il əvvəl İsa bulağında
-
Dünya05:15Keçmiş porno aktrisa senator oldu - FOTO
-
Qoroskop03:13Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
-
Region01:41İran 7 ölkəni HƏDƏLƏDİ - VİDEO
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO






.jpg)






























