Cinayət dünyası
Masallinskinin qulağının kəsilməsi ilə bağlı - LOTU QULİDƏN AÇIQLAMA
“Sputnik Azərbaycan” informasiya saytı anonim mənbələrə istinadən yanvarın 9-na keçən gecə Bakının Nərimanov rayonunda baş vermiş atışmanın yeni təfərrüatlarını yayımlayıb. Agentliyin anonim mənbələrə istinad edərək bildirdiyinə görə, atışmada iştirak edənlər kriminal avtoritetlər Rafiq Eyvazovun (Rafiq Masallinski) və Nadir Səlifovun (Lotu Quli) adamları olub.
Publika.az xəbər verir ki, Nadir Səlifovun (Lotu Quli) vəkili Təranə Əliyeva virtualaz.org-a “Sputnik Azərbaycan” agentliyinin xəbərini şərh edib. “Bu məlumatı oxuyandan dərhal sonra müvəkkilimlə əlaqə saxladım. N.Səlifov qəti şəkildə bu məlumatı təkzib etdi”, - T.Əliyeva bildirib.
Lotu Quli öz adamlarının Bakıdakı atışmada iştirakını qəti şəkildə təkzib edir. “Ümumiyyətlə, mənim Bakıda adamlarım yoxdur. Bütün yaxınlarım Azərbaycanın hüdudlarından kənardadır. Bu yalan məlumatların haradan qaynaqlandığını bilirəm və jurnalistlərə məsləhət görürəm ki, bəzi dairələrin mənə qarşı təxribatlarına aldanmasınlar”, - müvəkkilinin adından çıxış edən vəkilin bəyanatında deyilir.
Qeyd edək ki, KİV-in məlumatına görə, bir neçə gün öncə Lotu Qulinin adamları kriminal avtoritet Rafiq Masallinskini qəddarcasına döyüblər və onun bir qulağını kəsiblər. Zorakılığa məruz qalmış R.Masallinskinin fotoşəkli sosial şəbəkələrdə və Azərbaycan KİV-də yayımlanmışdı.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO