Cinayət dünyası
Azərbaycanlı “qanuni oğrular” Rusiyada birləşdi - LƏNKƏRANSKİNİN DÜŞMƏNLƏRİ
Moskvada azərbaycanlı kriminal qruplaşmanın vahid və mütəşəkkil klanı əmələ gəlib.
Publika.az xəbər verir ki, bu barədə “Prestupnaya Rossiya”nın hazırladığı məqalədə deyilir. Sözügedən klanda azərbaycanlı tanınmış qanuni oğrular - Nadir Səlifov (Lotu Quli), Vaqif Süleymanov (Vaqif Bakinski) və Rəşad İsmayılov (Rəşad Gəncinski) birləşiblər.
Məqalədə yazılır ki, bu klan hələ sağlığında Rövşən Lənkəranskiylə mübarizə aparırdı. Rövşənin ölümündən sonra isə onlar Moskvada vaxtilə onun təsir dairəsində olan obyektləri öz əllərinə keçiriblər. Məqalədə deyilir: “Bu triumvirat hələ uzun müddət mövcud olacaq. Amma söhbət ondan gedir ki, “Lotu Quli” azadlığa çıxandan sonra birliyin dağılma ehtimalı böyükdür. Bunu Vaqif və Rəşad da gözəl başa düşür. Ona görə də azərbaycanlı kriminal qruplaşmalar arasında yeni müharibənin başlayacağı da istisna deyil”.
Yazıda bildirilir ki, bu klandan başqa “Zayka” ləqəbli Zaur Əliyevin qardaşı Əli Əliyevin daxil olduğu digər qruplaşma da son vaxtlar aktivləşməyə başlayıb. “Bundan başqa, “Lotu Quli”nin qəddar düşməni Əli Heydərovu (Albert Rıjiy) da unutmaq lazım deyil”, deyə sayt yazır. (criminal.az)
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər