Qış obrazının vazkeçilməz cizgisi - FOTOLAR
Bizi izləyin

Dəb

Qış obrazının vazkeçilməz cizgisi - FOTOLAR

Xəzlər heç zaman dəbdən düşmür.

Xəzlər heç zaman dəbdən düşmür, bu mövsüm də istisna olmadı.

Publika.az xəbər verir ki, xəz papaqlar bu il də dəbin zirvəsindədir. Amma hər mövsümün öz aktual trendləri var, onlar ölməz klassikanı yeni formada nümayiş etdirməyə imkan verir.

Xəz istehsalçıları, əsasən, tülkü, dələ, vaşaq və şinşilla kimi heyvanların tükündən istifadə edirlər. Bu cür xəzlər dizaynerlərə daha zərif silueti almağa imkan verir.

Xəzlər bu mövsüm bir çox moda evlərini, xüsusən də, fransız kuturyeləri cəlb edib. Bir çoxları üçün rus milli geyimləri də orijinal ideyaların ilham mənbəyi olub. Məsələ bundadır ki, rus mili geyimlərində xəzdən geniş istifadə olunur. Belə fasonlardan qorxmaq lazım deyil. Bu möhtəşəm material xanımı çox incə və şux göstərir.

Klassik xəz papaqlar əvvəlki aktuallığını qoruyub saxlayıb. Dəbin təsiri ilə illər ərzində bir çox kişi geyimi qadın qarderobuna daxil olub. Məsələn, norka papaqlar kişilərə xas baş geyimi olsa da, dizaynerlər qadınlar üçün sanballı modellər təklif edir. Havadan asılı olaraq, papaqların “qulaqlıqlarını” aşağı buraxa və ya yuxarı hissədə bağlaya bilərsiniz. İstənilən halda qeyri-adi papaqlar qış obrazını zənginləşdirəcək.

Xəz papaqlar özünə qarşı çox tələbkardır. Belə ki, onu nə ilə gəldi birləşdirmək olmaz. Məsələn, kəşmir, dəri kimi materiallardan tikilmiş palto və gödəkcələrlə xəz papaqlar xüsusi ahəng yaradır. Lakin xəz papaqları heç bir halda kürklə birləşdirmək olmaz. Bir obrazda iki növ xəzi qarışdırmaq müasir dəbdə bir növ zövqsüzlük əlaməti sayılır. Həcmli yumşaq papaqları əsasən uzun palto ilə birləşdirmək təklif olunur. Dizaynerlərin fikrincə, bu, ən yaxşı variantdır. Bu cür palto ilə beret üslubunda tikilmiş xəz papaqlar da qəşəng görünür.

Bu mövsüm xəz papaqların rənginə xüsusi diqqət yetirilib. Belə ki, dəbdəbəli və yumşaq xəzlər təbii rəng qamması ilə yanaşı, həm də rəngarəngliyi ilə seçilir. Rəngli və ekstravaqant geyinməyi sevən gənclər mağazalarda xəzlərin qırmızı və sarı variantlarına rast gələ bilər.

Həm şərf, həm də papaq funksiyasını yerinə yetirən xəzlər isə ötən əsr madamlarının baş örtüklərini xatırladır. Dizaynerlər retro və orijinal qadın baş örtüyünü inkişaf etdirərək podiumlara kapor modelini yenidən qaytarıb.

Bu mövsüm süni xəzlərdən hazırlanmış papaqlar da dəbdən yan keçməyib. Süni xəz bu mövsüm müstəqil tendensiya kimi öz qanunlarını diktə edir. İlk növbədə, onları bir çox dekorlar bəzəyir. Dizaynerlər təsirli görünməsi üçün onları hippi üslubunda təqdim edir. Bu element payız-qış obrazının ən parlaq ştrixi olacaq.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm