Dostunuz da, düşməniniz də ayağınıza baxacaq - FOTOLAR
Bizi izləyin

Dəb

Dostunuz da, düşməniniz də ayağınıza baxacaq - FOTOLAR

“Dost başa baxar, düşmən ayağa” deyiblər. Amma bu yay kimin dostunuz, kimin düşməniniz olduğunu müəyyən etməkdə çətinlik çəkəcəksiniz. Buna səbəb dizaynerlərin sərhəd tanımayan fantaziyalarıdır.

Publika.az xəbər verir ki, bu yay orijinal dabanlı ayaqqabılar dəbdədir. Modelyerlər sanki hamısı dostcasına sözləşərək bu yay orijinal dabanlı ayaqqabılar təklif eləmək qərarına gəlib. Ayaqqabıların orijinallığı ətrafdakıları dayanıb uzun müddət onlara baxmağa məcbur edir. Məsələn, qəribə və əyri, tikanlı, strazlarla, mirvarilərlə və yaxud pərçimlərlə işlənmiş, hətta kürklü və şəffaf dabanlı ayaqqabılar yayın ən orijinal trendi olmağa iddialıdır. Biz bu trendə aid bir neçə nümunə seçmişik.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm