Digər
Əsəd Şərqi Gutada QƏTLİAM törətdi: 37 nəfər diri-diri yandı - FOTO
Suriyada silahlı qüvvələrin təxliyyə edildiyi Şərqi Guta bölgəsində sığınacaqda qətliam törədilib. Bəşər Əsəd qüvvələri tərəfindən sıınacağa yandırıcı bombalar atılıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, illərdir Bəşər Əsəd qüvvələrinin nəzarəti altında olan ərazidə bu gün törədilən qətliam nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 37 nəfər mülki şəxs diri-diri yanaraq can verib.
Əsəd rejimi və Rusiya qüvvələrinin ərazini geri ala bilmək üçün həyata keçirdiyi hücum nəticəsində son həftələrdə yüzlərlə insan həyatını itirib. Hücumlar nəticəsində Şərqi Gutanın 70 faizi əl dəyişdirdi.
Təxminən 400 min insanın tələyə düşdüyü Şərqi Gutada bir aydan çoxdur evakuasiya işləri həyata keçirilir. Bölgədəki ən təsirli silahlı qruplardan biri olan Ahrar əş Şam dünən Şam rejimi ilə Harasta qəsəbəsinin boşaldılması ilə bağlı razılığa gəldiyini açıqlayıb. Müqaviləyə görə, şəhərdən ayrılmaq istəyənlər üçün bu gün yerli vaxtla saat 07.00-da evakuasiya başlayacaq. Müqavilə 1500 silahlı müxalifət üzvünü və altı ailənin yaxın üzvlərini əhatə edir.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq