Təyyarə qəzasında ölənlərin sayı 110-a çatdı
Bizi izləyin

Digər

Təyyarə qəzasında ölənlərin sayı 110-a çatdı

Kubanın Xose Marti hava limanı yaxınlığında baş verən təyyarə qəzası nəticəsində ölənlərin sayı 110 nəfər çatıb, 3 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, bu barədə Kubanın nəqliyyat naziri Adel İskyerdo bildirib.

Daha əvvəl bildirilirdi ki, "Boeing 737"nin göyərtəsində heyət üzvləri daxil olmaqla ümumilikdə 110 nəfər olub. Onlardan 107-si həlak olub.

A.İskyerdo bildirib ki, ölənlər arasında 99 kubalı, 6 meksikalı (2-si heyət üzvü), Meksikadan turist, Argentinadan 2 turist və 2 Qərbi Sahara sakini olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm