İnteryerdə bahar rəngləri - FOTOLAR
Bizi izləyin

Dizayn

İnteryerdə bahar rəngləri - FOTOLAR

Bahar gələndə təbiət oyanıb rənglərə boyandığı kimi evləri də eləcə rövnəqləndirmək lazımdır. Publika.az havaların yavaş-yavaş isindiyi bu günlərdə evlərə baharı gətirməyin yollarını təqdim edir.

Bahar aylarında interyerdə dəyişiklik etmək istəyənlərə xardal sarısı, nanə yaşılı, narıncı və romantik mavi rənglər təklif olunur.

Ev dekorasiyasını rövnəqləndirərkən, əyləncəli dekorasiya istəyənlər əlvan rənglərdən istifadə etməlidir. Parlaq rəngli kreslo, naxışlı xalı və ya qeyri-adi pərdə bahar abı-havasını evə gətirir.

İnteryerdə birdən çox rəng istifadə etməyi sevənlər, rənglərin uyğunluğu və harmoniyası qanununa əməl etməlidir. Rəng keçidləri düzgün olmazsa, eviniz yorucu olacaq.

İnteryerdə bu ilin ən sevdiyim trendlərindən biri portretlərdir. Evinizə rəng qatmaq üçün ecazkar seçimdir.

Evi rəngli göstərməyin praktiki yollarını axtarırsınızsa, bahar rənglərinə uyğun əlvan aksessuarlar axtarın.

Bahar qeyri-adi dekorasiya üçün ən doğru zamandır. Sarı, mavi, qırmızı və yaşılı bir-birinə qarışdırıb evə sevinc gətirin. Hərəkətə keçməzdən əvvəl ən bəyəndiyimiz şən ev dekorasiya nümunələrinə göz gəzdirməyi unutmayın.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm