İraqda növbəti terror 32 can aldı
Bizi izləyin

Dünya

İraqda növbəti terror 32 can aldı

İraqda növbəti terror 32 can aldı

İraqın əl-Hilla şəhərində törədilmiş terror aktı nəticəsində 32 nəfər ölüb, 147 nəfər xəsarət alıb. Bu barədə "Reuters" agentliyi yerli polisə istinadən xəbər yayıb.


Bundan əvvəl 12 nəfərin öldüyü, 60 nəfərin isə yaralandığı bildirilirdi.


Hadisə bu gün səhər saatlarında əl-Hilla şəhərindəki (Bağdaddan 95 km cənubda) nəzarət-buraxılış məntəqəsində baş verib. Terrorçu-intiharçı mikroavtobusa bərkidilmiş partlayıcı qurğunu işə salıb.


Partlayış nəticəsində sərnişinlərin olduğu 50 avtomobildə yanğın baş verib.

Polisin məlumatına görə, NBM-in bir hissəsi dağılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm