Türkiyəyə xəbərdarlıq: “Suriya türk əsgərlərinin məzarlığına çevriləcək”
Bizi izləyin

Dünya

Türkiyəyə xəbərdarlıq: “Suriya türk əsgərlərinin məzarlığına çevriləcək”

Suriyanın şimalında təhlükəsizlik bölgəsini yaratmaq istəyən Türkiyəyə İrandan xəbərdarlıq gəlib.

Publika.az xəbər verir ki, İran parlamentinin agentliyi İCANA-ya danışan parlamentin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Mənsur Hakikatpur Suriyanın türk əsgərlərinin məzarlığına çevrilə biləcəyini deyib.

“Suriyanın türk əsgərlərinin məzarlığına çevrilməsini istəmirik. Türkiyə ordusunun Suriya döyüşünə daxil olması və burada yaradılacaq təhlükəsizlik bölgəsi Türkiyədəki yeni Osmanlı ideoloqlarının edəcəyi böyük bir səhv olar”, - komitə sədri bildirib.

İŞİD-in öz xəritəsində Türkiyəni “xilafət”in bir parçası olaraq gördüyünü qeyd edən Hakikatpur söyləyib ki, Ankara təşkilatın Türkiyə ilə döyüşməyəcəyini zənn etməklə böyük səhv edir: “İŞİD-in Türkiyə daxilində təşkil edə biləcəyi terror aktları narahatlıq doğurur. Türkiyə sərhədlərinin xaricində yandırılacaq atəş Türkiyəni də yandırar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm