Putin Ukraynadan nə istəyir? - Şərh
Bizi izləyin

Dünya

Putin Ukraynadan nə istəyir? - Şərh

Putin Ukraynadan nə istəyir? - Şərh

Putin Ukraynada baş vermiş hakimiyyət dəyişikliyində Qərbi məsul tutur.

Bu sözləri açıqlamasında İsveçrə-Azərbaycan Tiçarət Təşkilatının sədri, politoloq Elxan Həsənli bildirib. E.Həsənli deyib ki, Rusiya bu üzdən Ukraynanı birdəfəlik itirəcəyini düşünür: "Yeni hakimiyyət Krımdakı rus qoşunlarını çıxararsa, Rusiyanın Aralıq dənizinə çıxışı məhdudlaşacaq.

Bir növ böyük dövlət imicinə zərbə dəyə bilər. Rus qoşunlarının Krımdakı fəaliyyəti də Qara Dəniz Donanmasının Ukraynada qalmasına hesablanıb və çox güman ki, yeni hökümət bununla razılaşdıqdan sonra Putin sakitləşəcək. Rusiyanın qərblə soyuq savaşa girməsi belə, bu ölkə üçün ciddi fəlakətlər deməkdir. Ancaq Ukraynanın NATO və Avropa Birliyinə istiqamət götürməsi regipnda yeni düzənin başlanığıcıdır”.

Bu sözləri Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri, “EkoAvrasiya” dərgisinin baş redaktoru Hikmet Eren vəziyyəti təhlil edərkən söyləyib ki, sülh dənizi olaraq dəyərləndirilən Qara dənizdə dəngələrin dəyişməsi nəticəsində tələffüzü mümkün olmayan bir proses başlaya bilər: Sadəcə, Türkiyə üçün deyil, ona sərhəd olan hər ölkə üçün anlam ifadə edən Qara dənizin statusu qorunmalıdır. Krim bölgəsinin ən qədim xalqlarından biri olan Krım tatarları uzun sürə zülmlərə məruz qaldığını və soyuq müharibə dövründə sürgün edilərək azlıq durumuna salındıqlarını ifadə edən Hikmet Eren əsrlər boyu Osmanlı himayəsndə olan Krım torpaqları XVIII əsrdən etibarən Çar Rusiyasının nəzarətinı keçməsindən söz açdı: "Krım memarlığı və mədəniyyəti ilə bir Osmanlı vilayətidir. Krım tatarlarının məruz qaldığı bu assimliyası siyasətləri nəticəsində də Krımın demoqrafik vəziyyət dəyişib”.

Ukraynanın geopolitik önəmini və Qara dəniz bölgəsindəki strateji vəziyyətini və Krımın statusu məsələsini dəyərləndirən Hikmet Eren, Krım bölgəsində rus etnik qrupun üstünlük təşkil etdiyini və bu baxımından da fakorun Rusiya ciddi anlamda Krımın gələcəyini təyinetmə üstünlüyünə malik olduğunu qeyd etdi. Dərnək sədri Krımda yaşayan rus əhalisinin Rusiya ilə bütünləşmə arzusu Ukraynada yaşanan son gəlişmələrə paralel olaraq artdığını diqqət çatdırıb:”Bunu unutmayaq ki,Krımda yaşayan ruslar,ukraynalılar və Krım tatarları Krımın gələcəyini çizəcək. Bu baxımından Krımın statusu sadəcə Rusiyanın təşəbbüsündə olmamalı və status məsləsində geniş bir bütöv uzlaşma təmin edilməlidir''.

Krımda yaşanan prosesin qansız bir şəkildə həll olunması ən böyük istəyimizdir deyən Hikmet Eren, bu gün ortaya çıxan hadisələri aradan qaldırılmasında Türkiyə Respublikasının bir dövlət olaraq, üzərinə düşən məsuliyyəti yerinə yetirəcəyinə inandığını söyləyib. Krımdakı Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov vəziyyəti şərh edərkən deyib ki, Krımda yerləşən Ukrayna ordusunun bir hissəsi rusların tərəfinə keçib: “Amma, bununla yanaşı Ukrayna dövlətinə sadiq olan çoxdu.

Rusların yüksək maaş və digər təkliflərindən imtina edənlər də istənilən qədərdir. Hal-hazırda Krımda vəziyyət gərgindir. İnsanlar təşviş,qorxu içindədir. Hər an müharibənin başlanacağı gözlənilir. Üstəlik, ərzaq,benzin,texnika,dollar və s. hər şeyin qiyməti qalxmaqdadır. Bəzi Azərbaycanlıları Krımdan getməyə çalışır”.

Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm