Dövlət Bağçalı koalisiyada iştirakdan imtina etdi
Bizi izləyin

Dünya

Dövlət Bağçalı koalisiyada iştirakdan imtina etdi

Koalisiya hökumətinin qurulması üçün Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşən Türkiyənin baş naziri Əhməd Davudoğlu Bağçalının mövqeyini açıqlayıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, baş nazir MHP sədrinin hökumət koalisiyasında yer almayacağını bildirdiyini söyləyib.

“Hörmətli Bağçalı, hökumət koalisiyası içində olmayacağını ifadə etdi. Ehtiyac olacağı halda Ramazan bayramından sonra yenidən görüşəcəyik”, - baş nazir deyib.

Əhməd Davudoğlu bundan əvvəl Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu ilə görüşüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm