Dünya
İran: BMT Tehranın uranı zənginləşdirmək haqqını tanımalıdır
BMT yeni qətnaməsində Tehranın uranı zənginləşdirmək haqqını tanıya bilər.
Publika.az xəbər verir ki,bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. Onun sözlərinə görə, nüvə proqramı ilə bağlı danışıqlar başlayanda İranın bu sahədə fəaliyyəti BMT Təhlükəsizlik Şurası tərəfindən təhlükəli kimi qəbul olunurdu.
Xarici işlər naziri bu bəyanatı verərkən vaxtilə BMT-nin İran əleyhinə qətnamələr qəbul etdiyini deyib.
"Danışıqlardan sonra tarixdə ilk dəfə olaraq elə bir vəziyyət yaranıb ki, Təhlükəsizlik Şurası uranın zəngilləşdirilməsi üzrə İran proqramını gələn həftə qəbul edəcək qətnaməsində rəsmi şəkildə tanımağa hazırdır”, - İran diplomatı deyib.
Çərşənbə axşamı Vyanada keçirilən danışıqlarda İran və 6 dövlət arasında İranın nüvə proqramına dair razılaşma əldə olunub. Razılaşma sanksiyaların yüngülləşdirilməsi əvəzində İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutur.
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."