Yunanıstan od içində, Afina yanır – FOTOLAR
Bizi izləyin

Dünya

Yunanıstan od içində, Afina yanır – FOTOLAR

Yunanıstan parlamenti avro zonası ölkə liderlərinin yunan hökumətinə 86 milyard avroluq maliyyə yardımı ayırması qarşılığında tələb etdiyi islahatlar paketi ilə əlaqədar qanun qəbul edib.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, sözügedən qanuna etiraz edən Yunanıstan əhalisi paytaxt Afinada küçələrə çıxıb. Hazırda Yunanıstan paytaxtında kütləvi etirazlar davam edir. Etirazçılar arasında xəsarət alanların sayı artır. Etirazçılar Yunanıstan polisinə daş və “molotof kokteyli” atır, polis isə nümayişçilərə gözyaşardıcı qazla müdaxilə edir. Bu gecə Afina küçələri yanğına qərq olub. Artıq onlarla nümayişçi saxlanılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm