“Kökə diplomatı” Kremlə sərt xəbərdarlıq etdi: “Razılaşmasanız...”
Bizi izləyin

Dünya

“Kökə diplomatı” Kremlə sərt xəbərdarlıq etdi: “Razılaşmasanız...”

ABŞ Rusiyaya təzyiqi artıracağını açıqlayıb.

Publika.az xəbər verir ki, Dövlət katibinin köməkçisi Viktoriya Nuland Donetskdə münaqişənin qızışdırılacağı halda bu addımı atacaqlarını açıqlayıb. Nuland Amerikanın Ukraynaya hərbi kömək göstərdiyini də xatırladıb.

“Biz Rusiyaya Minsk razılaşmasının yerinə yetirilməyəcəyi təqdirdə sanksiyaların qüvvədə qalacağını anlamağa imkan verdik. Həmçinin, münaqişə zonasında zorakılıq artacağı təqdirdə Rusiyaya təzyiqləri artıracağıq. Ümid edirik ki, təzyiqlərimiz Rusiyanı Donetsk və Luqanskda götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edəcək. Əks təqdirdə onlar üçün vəziyyət daha da çətinləşəcək”, - deyə Nuland vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm