II Dünya müharibəsindən qalan bombaya görə 16 min sakin köçürülür
Bizi izləyin

Dünya

II Dünya müharibəsindən qalan bombaya görə 16 min sakin köçürülür

Hannoverin şimalında, Lanhenhagen şəhərində İkinci Dünya müharibəsindən qalmış 3 partlamayan bombanın zərərsizləşdirilməsi üçün 16 minə yaxın sakin evakuasiya edilir.

Axar.az Ria-Novosti-yə istinadla xəbər verir ki, evakuasiya yerli vaxtla saat 9:00-dan başlayıb. Hər şey plan üzrə gedərsə, bu gün axşam dəmiryol nəqliyyatının hərəkəti bərpa ediləcək.

İkinci Dünya Müharibəsi zamanı Hannover şiddətli bombardmana məruz qalıb. Təkcə 1943-cü ildə şəhərə 261 min bomba atılıb.

Hər il Almaniyada 5,5 min partlamamış bomba zərərsizləşdirilir. Bütün müharibə ərzində Almaniyaya 2 milyondan artıq bomba atılıb, onlardan təxminən 100 mini partlamayıb. Ən çox bombardmana isə Berlin (68 tondan çox), Hamburq (45 ton), həmçinin Rur əyaləti (162 ton) məruz qalıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm