• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Türkiyənin turizm zonaları İŞİD-in hədəfində

  • Dünya
  • 26 İyul 2015 02:18
  • 1 230 Baxış
Türkiyənin turizm zonaları İŞİD-in hədəfində

İŞİD terror qruplaşması Türkiyəni yeni terror aktları ilə hədələyib.

Türkiyə Hərbi-Hava Qüvvələrinin Suriyanın şimalındakı İŞİD hədəflərinə hava zərbələri endirməsindən sonra terrorçular buna kurort bölgələrinə hücumla cavab verəcəklərini elan ediblər.

İŞİD-in adından Twitterdə yayılan xəbərdarlıqlara görə otellərdə, çimərliklərdə, muzeylərdə və turistlərim sıx cəmləşdiyi digər yerlərdə terror hücumu gözlənilir.

Abdullah Guraba adlı İŞİD-çinin yaydığı belə mesajlardan birində deyilir: "Qardaşlar, yaxınlarınızı xəbərdar edin! Bu aralar turizm bölgələrindən uzaq dursunlar. İstanbulda da turizm bölgələrindən uzaq durun!"

Eliya Maqner adlı jurnalist isə Twitterdən Türkiyə hakimiyyətini xəbərdar edib ki, ölkə ərazisində İŞİD-in çoxlu sayda "yatmış özəkləri" və "tənha qurdları" hücuma hazır gözləyir.

Bundan əvvəl Britaniyanın "Daily Mail" nəşri Türkiyənin Qara dəniz sahillərindəki kurortlardan birində istirahətdə olan İŞİD terrorçusu Pasaliasi İsdenin fotolarını yayımlayıb.

Həmin terrorçunun bundan əvvəl Suriyada hökumət əsgərlərini edam edərkən görüntüləri yayılmışdı. Terrorçu Türkiyədə dincələrkən çəkdiyi şəkilləri özü facebookda yayıb.

Beləliklə, məlum olub ki, Suriyada baş kəsən İŞİD-çilər dincəlmək üçün maneəsiz Türkiyəyə keçə və Qara dəniz kurortlarında foto çəkdirib sosial şəbəkələrdə yerləşdirə bilirlər. Britaniya nəşri yazır ki, Pasaliasi İsde əvvəllər xristian olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR