Türkiyədəki əməliyyatlarda ingilis kəşfiyyatı da iştirak edib
Bizi izləyin

Dünya

Türkiyədəki əməliyyatlarda ingilis kəşfiyyatı da iştirak edib

Türkiyədə başlanan anti-terror əməliyyatlarında İngiltərə kəşfiyyatı da iştirak edib.

Axar.az “Vətən” qəzetinə istinadən məlumat verir ki, İŞİD, PKK və DHKP-C silahlı təşkilatlarına qarşı ingilislərin M16 dinləmə qurğusundan istifadə olunub. Üç ingilis qızın Türkiyə ərazisindən keçərək “İslam xilafəti”nə qoşulması bu ölkənin M16 və polis təşkilatı olan “Scotland Yard” təmsilçilərini hərəkətə gətirib. Onlar İstanbula gələrək türk polisi ilə koordinasiyalı şəkildə əməliyyatlara start veriblər.

Bu işbirliyi nəticəsində evlər dinlənilib və bütövlükdə terrorçu şəbəkələr təsbit olunub. “Daily Mail” qəzeti isə xəbər yayıb ki, İstanbulda 140 evdə təşkil olunan basqınlarda M16 mühüm rol oynayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm