Suriya ordusu Türk əsgərlərinə atəş açdı
Bizi izləyin

Dünya

Suriya ordusu Türk əsgərlərinə atəş açdı

Türkiyə ordusu ilə Bəşər Əsədə bağlı qüvvələr arasında atışma olub.

Türkiyənin Yayladağı sərhəd məntəqəsinə Suriyanın Lazkiye çölündə Əsəd rejiminin nəzarətində olan bölgədən yüngül silahlarla 30 dəfədən çox atəş açılıb.

Türkiyə sərhəd qoşunları atəşin açıldığı bölgəyə cavab atəşi açıblar, düşməni susdurublar. Hadisədə ölən və ya yaralanan olmayıb. Bölgədə Bəşər Əsədə bağlı qüvvələrlə müxalifətçi qruplar arasında qarşıdurma davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm