Dünya
ABŞ Türkiyənin PKK-ya qarşı əməliyyatlarına münasibət bildirdi
Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Alisteyr Baskey Türkiyənin son günlər PKK-ya qarşı keçirdiyi antiterror əməliyyatlarını və hava hücumlarını dəstəkləyib.
Publika.az-ın məlumatına görə, Baskey bildirib ki, ABŞ Türkiyənin İŞİD və PKK-nın terror hücumlarına qarşı özünü müdafiə etməsinə hörmət edir: «NATO-dakı müttəfiqimiz olan Türkiyənin İŞİD və PKK-nın terrorçu hucumlarına qarşı özünü müdafiə haqqına hörmətlə yanaşırıq. ABŞ-ın terror təşkilatları siyahısında olan PKK terrorçu fəaliyyətindən əl çəkərək Türkiyə ilə dialoqa başlamalıdır».
Baskey onu da bildirib ki, gərginliyin azalması və barış üçün tərəflər çözüm mərhələsinə sadiq qalmalıdır: «Zorakılıq təhlükəsizlik və inkişaf baxımından Türkiyə vətəndaşlarının xeyrinə deyil.
ABŞ Dövlət Departamenti də Türkiyənin PKK-ya qarşı əməliyyatlarına dəstək verib. Departmentin müşavir köməkçisi Brett Mak Qark PKK-nın hücumlarına qarşı Türkiyənin özünümüdafiə haqqına hörmət etdiklərini bildirib. Mak Qark PKK-nın Türkiyəyə qarşı terror hücumlarını şiddətlə qınadıqlarını deyib. Həmçinin bildirib ki, PKK-ya qarşı məlum əməliyyatlarla ABŞ-la Türkiyənin İŞİD-ə qarşı birgə əməliyyatları arasında heç bir əlaqə yoxdur. Və bununla bağlı son günlər çıxan xəbərlər həqiqiqəti əks etdirmir: «İŞİD-ə qarşı bütün tərəfdaşlarımız, həmçinin Türkiyə ilə əməkdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik».
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO