“L”, “I” “T” taktikası, dağınıq düşərgələr: terrorçular necə qorunur?
Bizi izləyin

Dünya

“L”, “I” “T” taktikası, dağınıq düşərgələr: terrorçular necə qorunur?

Türkiyə Silahlı Qüvvələri (TSK) Şimali İraqda PKK düşərgələrini indiyə qədər ən böyük əməliyyatlarla məhv edib. Rəsmi məlumatlara görə, bombalanan onlarla hədəfdə 200-dən artıq terrorçu öldürülüb. TSK 2009-cu ildə qurudan hücum etdiyi Şimali İraqda sonuncu dəfə 2007-ci ildə “Günəş” adlı əməliyyat keçirib. Son 10 ildə isə yalnız sərhəd xəttinə nəzarət edilib, ehtiyac olmadığı təqdirdə hücum edilməyib.

Publika.az PKK-nın bütün bu hücumlardan qorunmaq üçün əl atdığı üsulları təqdim edir.

“Habertürk” internet qəzeti yazır ki, PKK hava hücumlarından qorunmaq üçün ikimərhələli plan tətbiq edir.

İlk mərhələdə hava hücumları ehtimalının artdığı dövrlərdə təşkilat üzvləri Diyarbəkir, Malatya kimi hərbi bazalardan qalxan F-16 döyüş təyyarələri haqda məlumatları Şimali İraqdakı təşkilat üzvlərinə ötürür. Təyyarələr PKK-nın nəzarətində olduğu bölgələrə girdiyi anda bu haqda məlumatı “rabitə qurğusu” ilə bütün nöqtələrə verir. Bu zaman bütün mövqelərdə “müdafiə və hücum” sistemləri işə düşür. Döyüş təyyarələrinə qarşı minaatanlarla hücum edilir.

PKK-çılar təyyarələrin gəldiyi istiqamətə görə mövqe tuturlar. Əgər vurulma ehtimalı artarsa, onlar cəld qaçaraq qazdıqları çuxurlara girir. Terrorçuların qazdıqları sipərlər “L”, “I” “T” şəkilindədir. Misal üçün, iki dağ arasındakı bölgədə hər hansı tərəfdən gələcək hava hücumundan hədəf olacaq mövqenin 50-100 metr yaxınlığındakı sipər “I” şəkilindədir. Bomba partlayanda qəlpələr yana getdiyi üçün yaralanma ehtimalı azdır. “L” və “T” şəkilindəki sipərlər də təyyarə hücumundan yayınmaq üçün lazımi formada qazılır.

PKK-nın Şimali İraqda Kandil, Hınerek, Hakurk, Metina, Gare kimi düşərgələri var. Bunlarla yanaşı, Avaşin Basyan, Haftanin, Nazdur kimi kiçik düşərgələr də mövcuddur. Lakin təşkilatın bütün silahlı dəstələri bu düşərgələrdə deyil. Düşərgələrdə orta hesabla 20-80 arası şəxs yerləşir. Təşkilat İraq sərhədləri daxilində dağınıq formada olan irili, xırdalı düşərgələri ilə öz mövcudluğunu saxlaya bilir. Yəni sərhədə yaxın bölgədə bütün düşərgələr dağıdılsa da, əsas qüvvə dağınıq formada olan düşərgələrdə qalır.

Düşərgələrdə silah-sursat bazaları ilə yanaşı, dərzi, depo, həbsxana, çörək bişirmək üçün soba, arxiv, məktəblər, ideoloji və siyasi təbliğat mərkəzi və s. də var.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm