İllkər Başbuğ AKP-ni parçalayır
Bizi izləyin

Dünya

İllkər Başbuğ AKP-ni parçalayır

AKP-dən daha bir millət vəkilinin istefa xəbəri yayıldı


“Ərgenokon əməliyyatı” zamanı həbs olunanların başda sabiq Qərargah rəisi İlker Başbuğ olmaqla həbsdən azad olunmasına etiraz edən AKP-dən olan millət vəkili Şamil Tayyarın partiyadan istefa xəbərləri yayıldı. Lakin Ş Tayyar bunu təkzib edib.

Publika.Az türk mediasına istinadən xəbər verir ki, millət vəkili “Tvitter” hesabında yazıb ki, baş nazirimi və partiyamı hər şeyə rəğmən satmaz: “İstefa etməmlə bağlı xəbərlər yayılıb. Bunu hər kəs bilsin: Baş nazirimi və partiyamı xüsusənə indiki zamanda əsla satmaram. Həm Neokon (Gülən icmasını nəzərdə tutur-red) qruplaşması, həm də Ərgenokonla mücadiləyə sonuna qədər davam edirəm. Tələlərlə bağlı partiyamı xəbərdar etməyim də vəzifəmdir”-deyə Ş. Tayyar bildirib.

Qeyd edək ki, ergenokonçuların həbsdən azad olunmasına ilk qarşı çıxanlardan olan Ş. Tayyar gün ərzində bununla bağlı qalmaqallı “twit”lər atıb. Misal üçün, o, ədliyyə nazirinə bununla bağlı müraciət etdiyini, nazirin də ona həbsdən azad olunmaların qanundan kənar olduğunu deyib (http://publika.az/p/10199 ).

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm