Dünya ŞOKDA: Pakistan 14 yaşlı məhkumu edam etdi
Bizi izləyin

Dünya

Dünya ŞOKDA: Pakistan 14 yaşlı məhkumu edam etdi

Beynəlxalq insan haqları təşkilatlarının müraciətlərinə baxmayaraq, Pakistan 2004-cü ildə uşaq qətlinə görə məhkum edilmiş Şəfqət Hüseyni edam edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, vəkil həbs olunan zaman Şəfqətin cəmi 14 yaşı olduğunu və işgəncəyə məruz qaldığını bildirib. Amma rəsmilər onun ittiham olunarkən azyaşlı olmasına dair heç bir sübut olmadığını bildirib.

O, valideynləri ilə sonuncu dəfə görüşdükdən sonra gecəyarısı Kəraçi şəhərindəki həbsxanada asılıb.

Hüquqi çəkişmələr səbəbindən onun edamı bu il ərzində dörd dəfə gecikib. Lakin bütün cəhdlərə baxmayaraq onun edamının qarşısını almaq mümkün olmayıb.

Pakistan hökuməti keçən ilin dekabr ayında Pişəvər şəhərində məktəbə hücumdan sonra ölüm hökmünə qoyulmuş moratoriumu ləğv edib.

Talibanın hücumu nəticəsində məktəbdə 150-dən çox şagir və müəllim həlak olmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm