Kabildə terror: 15 ölü, 400 yaralı
Bizi izləyin

Dünya

Kabildə terror: 15 ölü, 400 yaralı

Əfqanıstan ordusunun paytaxt Kabildə yerləşən kəşfiyyat mərkəzinə partlayıcı maddə ilə dolu avtomobillə intihar hücumu təşkil edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, avtomobilin kəşfiyyat mərkəzinin qarşısında partladılması nəticəsində ən azı 8 nəfər ölüb, təxminən 200-ü yaralanıb.

Kabilin polis rəisi Əbdülrəhman Rahimi bildirib ki, partlayış yerində 8 cansız bədən tapılıb. Ancaq ölənlərin sayı dağılmış binanın dağıntılarının təmizlənməsindən sonra arta bilər. “Reuters” isə partlayış nəticəsində 15 nəfərin həlak olduğunu xəbər verib.

Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına görə, 198 nəfər yaralanıb. Eyni zamanda “TOLO News” Səhiyyə Nazirliyindəki mənbəyə istinadən 400 yaralının olduğunu bildirib. Ölən və yaralananların hamısının mülki vətəndaşlar olduğu deyilir.

Hələlik terror aktına görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm