Dünya
Bank sektorunu "nurçular"dan təmziləyirlər
Türkiyə Baş Nazirliyi Bank Tənzimləmə və Nəzarət Təşkilatı (BDDK), Türkiyənin qiymətli kağızlar bazarının tənzimləyicisi olan Kapital Bazarları Şurası (SPK) və Mərkəzi Bank başda olmaq üzrə iqtisadiyyatın açar rolunu oynayan təşkilatlarında “paralel quruluş”la bağlı əhatəli işlər görəcək. Xatırladaq ki, "paralel quruluş" ifadəsi ilə gülən icması mənsublarınız gizli təşkilatlanamsı nəzərdə tutulur.
Publika.Az –ın tür mediasına istinadən verdiyi məlumata görə, baş nazir Rəcəb Təyyib Ərdoğana təqdim edilən hesabatda sözügedən təşkilatlarda təcili olaraq təmizliyə ehtiyac olduğu mesajı verilib.
Bundan sonra adıçəkilən təşkilatlara işçi qəbulunun Baş nazirliyin koordinasiyası ilə icra edilməsi nəzərdə tutulur. Yaxın günlərdə Türkiyə parlamentinə təqdim ediləcək qanun layihəsində də SPK və BDDK-nin quruluşunda dəyişikliklərin edilməsi yer alıb. Bildirilir ki, iki təşkilatın birləşdirilməsi variantı yenidən gündəmə gətiriləcək.
Bu təşkilatlara qəbul olunacaq yeni işçilərlə bağlı geniş bir araşdırma aparılacaq. İqtisadiyyatın açar rolunu oynayan bu təşkilatlarda dövlətin gizli məlumatları və ticarət sirlərini “paralel quruluş”a ötürərək xarici qüvvələrin əlinə keçməsini təmin edənlər barəsində isə istintaq işi açılacaq.
Ömər Dağlı
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ