ABŞ-da qiyam hazırlanır: Sorosun planları barədə ŞOK İDDİALAR
Bizi izləyin

Dünya

ABŞ-da qiyam hazırlanır: Sorosun planları barədə ŞOK İDDİALAR

Dünyanın onlarla ölkəsində baş verən qiyamlar və inqilablara verdiyi maliyyə dəstəyi ilə tanınan milyarder Corc Soros bu dəfə ABŞ-da çevriliş planlaşdırır.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, yəhudi əsilli milyarder ABŞ-dakı son qarşıdurmaların əsas maliyyəçisidir.

Ferquson şəhərində 18 yaşlı qaradərili yeniyetmə Mixael Brounun ağdərili polis zabiti Darren Uilson tərəfindən güllələnərək öldürülməsinin ildönümü ilə keçirilən aksiyalarda polis və nümayişçilər silaha əl atıblar. Baş verənlərin arxasından isə yenə Soros çıxıb. İddiaya görə, qaradərililərlə polis arasındakı qarşıdurmaların fitilini odlayan “Black Lives Matter” adlı qrupa Corc Soros tərəfindən 1 milyon dollar ödənilib.

Bir başqa iddiaya görə, qaradərili gəncləri bir yerə toplayan “Black Lives Matter” qrupu da məhz Soros tərəfindən qurulub. “Pul sehrbazı” olaraq da tanınan Sorosun qarşıdurmalara verdiyi dəstəyi ilə Barak Obama administrasiyasına gözdağı verdiyi bildirilir.

Ehtimal edilir ki, yəhudi milyarderin Vaşinqtonun üzünə ağ olmasının səbəbi isə Barak Obama administrasiyasının İranla imzalanan nüvə razılaşmasına dəstək verməsidir. Vaşinqton Vyana nüvə razılaşması ilə İranın nüvə silahına gedən yolunun tamamilə bağlandığını düşünür. İsrail hakimiyyəti ilə fərqli fikirdədir.

İsrailin baş naziri Benyamin Netanyahu ötən həftə Şimali Amerikanın yəhudi federasiyaları ilə video konfrans zamanı deyib ki, İranın nüvə proqramı üzrə Vyana razılaşması atom bombasının yaradılması üçün İranın yolunu açacaq. “İranla saziş atom bombasının yaradılmasının qarşısını almayacaq. Saziş yalnız İranın atom bombasına gedən yolunu açacaq. Bütün dünyada terror aktları və onların qurbanlarının sayının artımı Vyana sazişinin nəticəsi olacaq. Bu çox təhlükəli sazişdir və bizim hamınızı təhdid edir”, - Netanyahu bildirib.

İsrailin baş naziri Amerika yəhudilərini “pis saziş”ə qarşı mübarizə aparmağa, daha doğrusu onları üsyana çağırıb. O, “sazişin rəqibləri diplomatiya üçün deyil, hərbi əməliyyatlar üçün çıxış edirlər” deyən ABŞ prezidenti Barak Obamanın sözlərini “mütləq yalan” adlandırıb.

Çox güman ki, ABŞ prezidenti də Təv-Əvivin planları, o cümlədən Sorosun qiyam niyyətindən xəbərdardır. Barak Obama Konqresdə İranla əldə olunan nüvə razılaşmasının səsvermə zamanı qəbul edilməməsi üçün çalışan Amerika-İsrail İctimai Əlaqələr Komitəsini (AİPAC) sərt şəkildə tənqid edib. Obama ötən həftə komitənin iki idarəçisini Ağ Evə çağıraraq onları hədələyib. Prezident AİPAC-i nüvə razılaşmasına qarşı milyonlarla pul xərcləmək və həqiqətdən uzaq iddialar yaymaqda ittiham edib.

Növbəti gün isə prezident Amerika Umiversitetində çıxışı zamanı bildirib ki, nüvə razılaşmasına qarşı çıxanlar ABŞ-ı İraq müharibəsinə sövq etmək üçün milyonlarla dollar xərcləmiş lobbilərdir. “New York Times” qəzeti yazır ki, bundan əvvəl Ronald Reyqan, Corc Buşun da AİPAC-lə problemləri olub. Lakin bu günə qədər heç bir prezident ən güclü lobbilərdən olan AİPAC-ə belə meydan oxumayıb. AİPAC silah lobbisindən sonra ABŞ-da ən güclü lobbi hesab edilir. Komitənin nüvə razılaşmasına qarşı artıq 20 milyon dollar xərclədiyi, bundan başqa razılaşma əleyhinə elan və reklamlara isə daha 25 milyon ayırdığı bildirilir.

Danılmaz həqiqətdir ki, Ağ Ev-Netanyahu hökuməti arasındakı “soyuq müharibə” ABŞ-da hakimiyyət uğrunda mübarizələrə də təsirsiz ötüşmür. Məlumdur ki, İsrail bu ölkədəki maraqlarını qorumaq üçün istənilən vaxt yəhudi lobbisini silah kimi Ağ Evə tuşlayır. Və Sorosun indiki məqamda qaradərililərlə polis arasındakı qarşıdurmalara maliyyə dəstəyi verməsi də təsadüf deyil. Təl-Əviv Ağ Evə Soros vasitəsilə mesaj verir və növbəti silahları işə sala biləcəyini bildirir.

Növbəti silahların silahların işə salınmasının nəticələrindən biri isə ABŞ-da demokratların tam məğlubiyyətə uğradılması ola bilər. Respublikaçılar artıq Konqresdə üstünlük qazanıblar. 2016-cı ilin payızında isə ABŞ-da prezident seçkiləri keçiriləcək. Obama-Netanyahu münasibətlərinin gərginləşməsi fonunda demokratların namizədlərindən olan Hillari Klintonun reytinqi sürətlə azalır, əksinə milyarder Donald Tramp hazırda prezident postuna ən şanslı namizəd hesab olunur.

Hər halda, Vaşinqton fərqindədir ki, digər ölkələr üçün “demokratiya” adı altında gətirilən qiyamlar onun üçün də uzaq deyil. Bunun üçün isə Soros var və bu silah ona qarşı da tuşlana bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm